Müasir dövrdə maliyyə savadlılığı hər bir vətəndaşın rifahının və maliyyə təhlükəsizliyinin əsas sütunlarından biridir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Maliyyə Maarifləndirilməsi üzrə 2026-cı ilin Fəaliyyət Planı” çərçivəsində əhalinin maliyyə biliklərinin artırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə xidmətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.
Bu səhifədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə 2026-cı il ərzində bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən həyata keçirilən fəaliyyətlər, maarifləndirici təşəbbüslər və müvafiq resurslar təqdim olunur.
Qlobal Pul Həftəsi 2026 çərçivəsində maarifləndirici posterlər
Qlobal Pul Həftəsi 2026 (#GlobalMoneyWeek2026, #SmartMoneyTalks, #MaliyyəSavadlılığı) kampaniyası çərçivəsində 16–19 mart 2026-cı il tarixlərində maliyyə savadlılığının təşviqi məqsədilə maarifləndirici posterlər hazırlanmışdır. Sözügedən materiallar əhalinin maliyyə davranışlarının yaxşılaşdırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə alətlərindən səmərəli istifadə vərdişlərinin formalaşdırılmasına dəstək göstərmək məqsədi daşıyır.