Məxfilik Siyasəti
Son yenilənmə tarixi: 01 dekabr 2023
BOKT “Qafqaz-Kredit” MMC-nin (bundan sonra – BOKT) vebsaytı https://qafqazkredit.az adlanır və BOKT bu vebsaytdan az təminatlı şəxslərin maddi rifah halının yaxşılaşdırılmasına kömək edən maliyyə və qeyri-maliyyə xidmətləri barədə ictimaiyyəti məlumatlandırmaq, bu xidmətlərə çıxışı asanlaşdırmaq, maliyyə vəsaiti və digər növ dəstəkləri cəlb etmək üçün istifadə edir.
Bu “Məxfilik Siyasəti” vebsaytımızın ziyarətçilərinin şəxsi məlumatlarından istifadə qaydalarını müəyyən etmək məqsədilə tərtib edillib. BOKT göstədiyiniz maraq və dəstəyinizi yüksək dəyərləndirir, məlumatlarınızın məxfiliyinin qorunub saxlanılması üçün mümkün bütün vasitələrdən istifadə etdiyini bəyan edir. Bu bəyanat vebsayt ziyarətçilərinin verdikləri məlumatlarla əlaqadar narahatlıqlarına və bu məlumatların tərəfimizdən hansı şəkildə istifadə olunmasına aydınlıq gətirilməsini hədəfləyir.
1.Məlumatların toplanması
BOKT vebsayta daxil olan ziyarətçilərdən qeydiyyatdan keçmək və ya saytımızı nəzərdən keçirmək üçün hər hansı şəxsi məlumatla təmin etməyi tələb etmir. Biz xidmətimizdən yararlanmaq üçün könüllü olaraq məlumat təmin etmək istəməzlərsə, vebsaytımıza daxil olanlardan şəxsi məlumatlar toplamırıq.
Bundan əlavə, daxili məqsədlər üçün vebsaytımıza daxil olanlardan avtomatik olaraq bəzi qeyri-şəxsi məlumatlar toplanılır. Toplanılan məlumatlara vebsayta daxil olanların ümumi sayı, baxılmış vebsəhifələr və digər növ qeyri-şəxsi məlumatlar daxildir. Bu cür məlumatlardan yararlanaraq biz vebsaytımızı təkmilləşdirir və vebsaytımızdan istifadə etməyinizdən mümkün qədər məmnun qalmağınızı təmin edirik.
2.Məlumatların istifadəsi
Sizdən könüllü şəkildə və avtomatik olaraq alınan məlumatlardan:
- Sizin sorğunuza uyğun olaraq xidmət göstərilməsi,
- Saytın təkmilləşdirilməsi,
- İstifadəçilərin dəstək sisteminin təkmilləşdirməsi,
- Sizinlə çevik əlaqə qurulması,
- Aksiya, müsabiqə təşkili və ya araşdırma aparılması üçün istifadə edilə bilər.
3.Məlumatların üçüncü şəxslərə açıqlanması
“Kuki” fayllar, eləcədə qeydiyyat faylları vasitəsilə topladığımız məlumatlar vebsayt istifadəçilərinin üstünlük verdikləri vebsəhifələrin izlənməsi üçün yaddaşda saxlanılır, lakin biz bu vasitələrlə şəxsi məlumatlar toplamır və ya onları üçünçü tərəflərə açıqlamırıq.
BOKT vebsaytın kredit sifarişi və karyera bölməsinə daxil olmuş istifadəçilərdən əlaqə məlumatları (ad, e-poçt ünvanı və yaşayış ünvanı) və tərcümeyi-hal kimi şəxsi məlumatlar təmin etmələrini xahiş edə bilər. Təmin edilmiş bu cür məlumatlar tərəfimizdən yalnız kredit müraciətinin araşdırılması və kadr məqsədləri üçün istifadə olunur və heç bir halda kənar təşkilatlara açıqlanmır.
4.Kuki fayllar
“Kuki” faylları sayta giriş imkanlarını yaxşılaşdırmaq və ümumi internet trafiki dinamikasını təhlil etmək və istifadəçilərin vebsaytımızdan istifadə təcrübəsini daha da təkmilləşdirmək məqsədilə istifadə olunur. Bundan əlavə, onlar istifadəçilərə ən çox tələb olunan sorğuları izləməyə imkan verir. “Kuki” faylları heç bir məxfi məlumatları ötürmür.
Bir çox brauzerlər “kuki” faylları bloklamaq və ya silmək seçimini təmin edir. “Kuki fayllar”ı deaktiv etdiyiniz təqdirdə belə siz saytımıza müvəffəqiyyətlə daxil ola bilərsiz, lakin brauzerinizdə “kuki fayllar”ın aktiv saxlanılması saytımızın işləkliyini və səmərəliliyini təkmilləşdirməkdə bizə kömək edə bilər.
5.Digər vebsaytlardan ehtiva edilən məlumatlar-Linklər
Bu vebsaytda digər veb saytlardan müəyyən məlumatların əldə edilməsi üçün keçid, yəni linklər mövcud ola bilər. Digər vebsaytlardan ehtiva edilən məlumatlara keçid ziyarətçinin həmin vebsaytlara ziyarət etməsi anlamı ilə eynilik təşkl edir və bu vebsaytlar sizin haqqınızda məlumat toplaya, kukilərdən istifadə, əlavə üçüncü tərəfə izləmə yerləşdirə bilər və s. Nəzərinizə çatdırırıq ki, BOKT digər vebsaytların tutumuna, məxfilik qaydalarına dair məsuliyyət daşımır və ya onlara nəzarət etmir. Biz istifadəçiləri vebsaytımızı tərk edərkən bu barədə məlumatlı olmağa və şəxsi məlumat toplayan vebsaytların məlumat məxfilik bəyannaməsini oxumağa çağırırıq ki, bu məxfilik bəyanatı da yalnız həmin vebsaytlar tərəfindən toplanan məlumatlara aiddir.
6.Razılıq
Vebsaytımızın xidmətlərindən istifadə edərək, avtomatik olaraq məxfilik siyasətilə razı olduğunuzu bəyan edirsiniz.