Bakı şəh., Yasamal ray., A.M.Şərifzadə küç. 88info@qafqazkredit.azTel: +994 12 434 5077 Mob: +994 55 209/370 4670

Haqqımızda

Bank Olmayan Kredit Təşkilatı “Qafqaz-Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (qısa adı: BOKT “Qafqaz-Kredit” MMC) Missiyası məcburi köçkün, qaçqın və az gəlirli şəxslərin iqtisadi dayanıqlıq qabiliyyətlərinin təkmilləşdirilməsinə təkan verən tələbata uyğun maliyyə və qeyri-maliyyə xidmətləri ilə təmin etməkdir.

Qısa Tarixçə

BOKT  “Qafqaz-Kredit” MMC  (bundan sonra – “BOKT”) 2002-ci ilin iyun ayında Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı tərəfindən təsis edilmiş, 2002-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınmışdır. 2003-cü ilin oktyabr ayında BOKT-yə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhdud bank fəaliyyətinin aparılmasına icazə verən milli və xarıci valyutada kreditlər verilməsi üçün müddətsiz lisenziya verilmişdir. Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşklatı 2010-cu ilin oktyabr ayında nizamnamə kapitalındakı yüz faizlik payını BOKT-nin milli işçi heyətinə bağışlamışdır. 

BOKT kredit fəaliyyətinə 2003-cü ilin dekabr ayında mikro-maliyyə institutuna ilk topdansatış kredit verməklə başlamış, 2004-cü ilin fevral-oktyabr aylarında fiziki şəxslərə mikro kreditlər vermiş və bu məhsul üzrə mikro kredit xidməti göstərilməsini 2009-cu ilin dekabr ayında bərpa etmişdir. Fiziki şəxslərə mikro kredit xidməti ilə yanaşı mikro-maliyyə institutlarına maliyyə xidməti göstərilməsinin davam etdirilməsi BOKT-nin strateji baxış konsepsiyasıdır.

Haqqımızda Təfsilati Məlumat üçün Linklər

Müstəsna Xidmətlər və İstehlakçı Hüquqlarının Müdafiəsi

Sahibkarlıq Fəaliyyətinizin Qeydiyyatına dair Praktiki Hüquqi və Maliyyə Məsləhəti üçün Bizə Arxalana Bilərsiniz!

Vaxtınızı və səyinizi biznesin və ailə təsərrüfatının idarə edilməsinə sərf edin. Dəyərləndirməyi və investisiya yatırımını bizə etibar edin!

Müştəri Məmnunluğu və Rifahının Yaxşılaşması Hədəfimizdir!

İstehlakçıların Təklif və Şikayətləri Bizim üçün Önəmlidir, Hüquqlarının Müdafiəsi Vəzifə Borcumuzdur!

Təklif və Şikayətlərin Qeydiyyatı

İstehlakçı Müraciəti

Təklif, sual və ya şikayətləriniz var? Lütfən, sağdakı düyməni klikləyin, təklif, sual və ya şikayətlərinizi sayt vasitəsilə bizə ünvanlayın. BOKT şikayətlərinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdən gec olmayaraq baxır və cavablandırır.

azAZ