Sual-cavab
Tez-tez verilən suallar
1. Ofisə gəlmədən onlayn kredit almaq mümkündürmü?
–Kredit sifarişi, bütün sənəd və məlumat mübadiləsi sayt, WhatsApp, e-mail və telefon vasitəsilə həyata keçirilir. Kredit ərizəsi, kredit tarixçəsinin yoxlanmasına dair Razılıq ərizəsi və kredit müqavilə sənədlərinin imzalanması üçün bir dəfə ofislərimizdən birinə gəlməyiniz zəruridir.
2. Kredit ödənişində gecikməyə yol verən şəxslər kredit ala bilərmi?
–Kredit ödənişini mütəmadi olaraq 30 günədək, bir dəfə və bundan artıq 30 gündən çox gecikdirən şəxslərə kredit verilmir.
3. Kredit ödənişini vaxtından qabaq etmək və ya tam bağlamaq olarmı?
–Kredit ödənişini ödəniş tarixi gününü ötürmədən istənilən tarixdə həyata keçirə və ya kredit borcunu tam olaraq istənilən tarixdə hər hansı bir əlavə haqq ödəmədən bağlaya bilərsiniz. Faiz borcu ödəniş etdiyiniz tarixə qalıq kredit məbləği əsasında hesablanır.
4. Kredit ödənişini necə həyata keçirə bilərəm?
—Kredit ödənişini aşağıdakı vasitələrdən istifadə etməklə nağdsız və nağd qaydada kredit kodunuzu yazmaqla həyata keçirə bilərsiniz.
4.1. Nağdsız qaydada: Onlayn-mpay.az/ http://app.mpay.az/c/17/p/75
4.2. Nağdsız qaydada: Onlayn-fpay.az/ http://short.fpay.az/qafqaz_bokt
4.3. Nağd qaydada: Ödəmə terminalı-MPay (eManat)/ http://emanat.az/az
4.4. Nağd qaydada: Ödəmə terminalı-MilliÖn/ http://million.az