Müasir dövrdə maliyyə savadlılığı hər bir vətəndaşın rifahının və maliyyə təhlükəsizliyinin əsas sütunlarından biridir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Maliyyə Maarifləndirilməsi üzrə 2026-cı ilin Fəaliyyət Planı” çərçivəsində əhalinin maliyyə biliklərinin artırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə xidmətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.
Bu səhifədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə 2026-cı il ərzində bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən həyata keçirilən fəaliyyətlər, maarifləndirici təşəbbüslər və müvafiq resurslar təqdim olunur.
Maarifləndirici Videoçarxlar
mYGov -Vacib Sənəd və Dövlət Xidmətlərinə Çıxış Platforması!
İstehlakçı Hüquqları və Şikayət Mexanizmləri!
Sadə Maliyyə Bilikləri - Uğurlu Maliyyə Gələcəyi!
Rəqəmsal Bankçılıq - Sürətli Maliyyə Xidməti!
Yığım - Gələcəyin Etibarlı Təminatı!
Büdcə İdarəetməsi Nədir? - 2-ci hissə
Büdcə İdarəetməsi Nədir? - 1-ci hissə
Daşınar Əmlakın Yüklülüyü Nədir?
Qlobal Pul Həftəsi 2026 çərçivəsində maarifləndirici posterlər
Qlobal Pul Həftəsi 2026 (#GlobalMoneyWeek2026, #SmartMoneyTalks, #MaliyyəSavadlılığı) kampaniyası çərçivəsində 16–19 mart 2026-cı il tarixlərində maliyyə savadlılığının təşviqi məqsədilə maarifləndirici posterlər hazırlanmışdır. Sözügedən materiallar əhalinin maliyyə davranışlarının yaxşılaşdırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə alətlərindən səmərəli istifadə vərdişlərinin formalaşdırılmasına dəstək göstərmək məqsədi daşıyır.