Ailə kəndli təsərrüfatının uçotu
BOKT “Qafqaz-Kredit” MMC-nin məsul şəxsi “Azərbaycan Mikromaliyyə Assosiasiyası”nın (AMFA) 08 dekabr 2022-ci il tarixdə keçirilən illik Ümumi Yığıncağında (ÜY) iştirak edib. ÜY-da AMFA tərəfindən ailə kəndli təsərrüfatlarının (AKT) qeydiyyata alınmasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə danışıqlar aparıldığı, KTN-nin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə (EKTİS) AKT başçılarının qeydiyyatdan keçməsi, bələdiyyə sədrinin EKTİS-ə daxil olaraq AKT başçılarının qeydiyyata alınması barədə müraciətini təsdiq etməsi imkanının yaradılması, bunun əsasında bələdiyyə sədrinin AKT-yə müvafiq rəsmi sənədin təqdim etməsi mümkünlüyü barədə razılıq əldə edildiyi bildirilib. Bu AMFA-nın uğuru olmaqla yanaşı, həm AKT-lərin kredit xidmətinə çıxışının artırılmasını, həm də AMFA-nın üzvü olan mikro-maliyyə institutları filial ofislərində AKT başçıları və bələdiyyələrin ETKİS-dən istifadə etməsinə texniki dəstək təmin edilərək ödənişsiz qeyri-maliyyə xidməti göstərilməsini özündə ehtiva edir. Bununla da, 14 iyun 2005-ci ildə qəbul edilən “Ailə kəndli təsərrüfatı haqqında” Qanuna əsasən AKT-lərin uçota alınması məsələsinin praktiki həllinin tapılacağı gözlənilir.