Kənd təsərrüfatı krediti

BOKT “Qafqaz-Kredit” MMC-nin Kənd təsərrüfatı kredit məhsulunun hədəf qrupunu fəaliyyəti sahibkarlıq subyekti sayılmayan AKT-lər (ailə kəndli təsərrüfatları) və kənd təsərrüfatı üzrə mikro sahibkarlıq subyektləri təşkil edir. Hər iki hədəf qrupunun istehlak və yaşayış tələbatından yaranan xərcləri qarşılamaq üçün maliyyəyə çıxış imkanlarının məhdudluğunu əsas tutaraq, kreditin təyinatına həm biznes fəaliyyətindən, həm də istehlak və yaşayış tələbatından yaranan xərclərin kreditləşməsi daxil edilir.
Kənd təsərrüfatı kreditin məqsədi
Maliyyələşdirilməsi qanunla qadağan olunmayan, ətraf mühitə zərər verməyən, ictimai asayişə zidd olmayan istənilən kənd təsərrüfatı fəaliyyət sahəsinin inkişafı və digər şəxsi istehlak ehiyaclarının qarşılanması
Kənd təsərrüfatı kredit şərtləri
Kreditin təminatı: | Zaminlik, qızıl-zinət əşyaları, daşınar/daşınmaz əmlakın girovu |
Komissiya haqqı: | Yoxdur |
Kredit məbləği: | 600-20000 AZN |
İllik faiz dərəcə: | 19,96-24,62% |
Faktiki illik faiz dərəcə (FİFD): | 25% |
Kredit müddəti: | 8 – 36 ay |
Güzəşt müddəti: | 3 -12 ay |