Kredit xidmətimizdən faydalanmaq üçün hansı meyarlara diqqət yetirmək lazım gəlir?! Kimlər kredit xidmətimizdən faydalana bilər?
18 və ya DAHA ÇOX YAŞINIZ VAR. Xidmətimizdən yaralanmaq üçün minimum yaş həddi 18-dir.
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞISINIZ. Azərbaycan Respublikasının hazırki sakini olmağınız lazım gəlir.
DÜRÜST və ETİBARLI XARAKTERİNİZ VAR. Mütləq yaxşı insani xarakteriniz və gözəl şəxsiyyətiniz olmalıdır.
ETİBARLI ÜNVANINIZ VAR. Şəxsiyyəti təsdiq edən etibarlı sənədiniz olmalıdır.
MÜNTƏZƏM RƏSMİ GƏLİRİNİZ VAR. Gəliri təsdiq edən sənəd təqdim etməklə əmək haqqı, sahibkarlıq fəaliyyəti, pensiya, müavinət şəklində hər ayda müntəzəm gəliriniz olmalıdır.
SAHİBKARSINIZSA, QEYDİYYAT SƏNƏDİNİZ -VÖEN VAR. Biznes və kənd təsərrüfatı fəaliyyətini dəstəkləyən kredit sifariş edirsinizsə, və yaxud gəliriniz sahibkarlıq fəaliyyətindən əldə olunursa, rəsmi uçot sənədləriniz olmalıdır.
BANK HESABINIZ VAR. İstehlak təyinatlı kredit məbləğini köçürmək üçün cari bank hesabınız, biznes və ya kənd təsərrüfatı fəaliyyətini dəstəkləyən kreditlər üzrə sahibkar bank hesabınız olmalıdır.
AYLIQ KREDİT və ZAMİNLİK ÖHDƏLİYİ ÜZRƏ BORCUNUZ AYLIQ GƏLİRİN 40% – 50% -dən ÇOX DEYİL. Cəmi aylıq borc məbləğinin ümumi aylıq xalis gəlirə nisbəti 40% – 50%-dən çox olmamalıdır.
MÜSBƏT KREDİT TARİXÇƏNİZ VAR. Kredit tarixçənizdə aylıq borc ödənişində mütəmadi olaraq 30 günədək, bir dəfə və ya bundan artıq 30 gündən çox gecikmə vardırsa, kredit tarixçənizin müsbət olmaması səbəbindən kredit verilmir.
ZAMİN və ya ƏMLAK GİROVUNUZ VAR. Kredit sifarişi 500 AZN məbləğdən çoxdursa, zamin və ya əmlak girovunuz olmalıdır.