Maliyyə maarifləndirilməsi
Mündəricat
ToggleMüasir dövrdə maliyyə savadlılığı hər bir vətəndaşın rifahının və maliyyə təhlükəsizliyinin əsas sütunlarından biridir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Maliyyə Maarifləndirilməsi üzrə 2026-cı ilin Fəaliyyət Planı” çərçivəsində əhalinin maliyyə biliklərinin artırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə xidmətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.
Bu səhifədə Azərbaycan Mikromaliyyə Assosiasiyası təşkilatçılığı ilə 2026-cı il ərzində bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən həyata keçirilən fəaliyyətlər, maarifləndirici təşəbbüslər və müvafiq resurslar təqdim olunur.
Qlobal Pul Həftəsi 2026 çərçivəsində maarifləndirici posterlər
Qlobal Pul Həftəsi 2026 (#GlobalMoneyWeek2026, #SmartMoneyTalks, #MaliyyəSavadlılığı) kampaniyası çərçivəsində 16–19 mart 2026-cı il tarixlərində maliyyə savadlılığının təşviqi məqsədilə maarifləndirici posterlər hazırlanmışdır. Sözügedən materiallar əhalinin maliyyə davranışlarının yaxşılaşdırılması, düzgün maliyyə qərarlarının verilməsi və maliyyə alətlərindən səmərəli istifadə vərdişlərinin formalaşdırılmasına dəstək göstərmək məqsədi daşıyır.
16-19 mart 2026 tarixli posterlər












