Müyəssərlik bəyanatı
BOKT “Qafqaz-Kredit” MMC
Müyəssərlik Bəyanatı
Yeniləndi: May 2024

Ümumi
- BOKT “Qafqaz-Kredit” MMC çalışır ki, onun xidmətləri əlilliyi olan insanlar üçün əlçatan olsun. BOKT “Qafqaz-Kredit” MMC veb-saytının istifadəsini asanlaşdırmaq və əlilliyi olan insanlar üçün daha əlçatan olmasına kömək etmək üçün çox səylər etmişdir. Veb saytların əlçatanlıq səylərinin bütün istifadəçilərə kömək etdiyinə və hər bir insanın ləyaqətlə, bərabərliklə, rahatlıq və müstəqilliklə yaşamaq hüququ olduğuna qəti inamı vardır.
Veb-Saytımızda Əlçatanlıq
- Veb saytımız qafqazkredit.az UserWay-in Web Accessibility Widget-i istifadəyə verir ki, bu da ixtisaslaşdırılmış əlçatanlıq serveri tərəfindən idarə olunur. Proqram qafqazkredit.az Veb Məzmununa Əlçatanlıq Qaydalarına (WCAG 2.1) uyğunluğunu yaxşılaşdırmağa imkan verir.
Müyəssərlik Menyusunun Yaradılması
- qafqazkredit.az veb-saytında əlçatanlıq menyusunu səhifənin küncündə görünən Müyəssərlik Menyusu simgəsini basmaqla aktivləşdirmək olar. Müyəssərlik Menyusunu işə saldıqdan sonra, lütfən, əlçatanlıq menyusunun bütünlüklə yüklənməsini bir an gözləyin.
İmkan və Çətinliklər
- BOKT “Qafqaz-Kredit” MMC öz sayt və xidmətlərinin əlçatanlığını daim təkmilləşdirmək üçün səylərini davam etdirir. Belə ki, bizim hamımızın mənəvi borcumuzdur ki, əlilliyi olan bütün şəxslərimiz üçün də sarsılmaz, əlçatan və maneəsiz istifadəyə imkanlar yaradaq.
- Müyəssərlik məsələlərini daim təkmilləşdirmək və bərpa etmək üçün davam edən səylərimizdə, biz də mütəmadi olaraq UserWay-in Əlçatanlıq Skaneri ilə veb-saytımızı skan edərək saytımızda mümkün olan hər bir əlçatanlıq səddini müəyyən edir və düzəldirik. Veb-saytımızda bütün səhifələri və məzmunu tam əlçatan etmək üçün göstərdiyimiz səylərə baxmayaraq, bəzi məzmunlar, ola bilsin ki, hələ də ən ciddi əlçatanlıq normalarına tam uyğunlaşdırılmayıb. Bu, ən münasib texnoloji həllin tapılmaması və ya müəyyən olunmaması nəticısində ola bilər.
Sizin üçün Dəstək
- Əgər siz veb-saytımızda hər hansı bir məzmunla bağlı çətinlik çəkirsinizsə və ya saytımızın hər hansı bir hissəsi ilə əlaqədar yardım tələb edirsinizsə, lütfən, aşağıda ətraflı məlumat verdiyimiz əlaqə vasitələri ilə normal iş saatlarında bizimlə əlaqə saxlayın və biz sizə kömək etməkdən şad olarıq.
Bizimlə Əlaqə Saxlayın
- Əgər siz əlçatanlıqla bağlı problem haqqında məlumat vermək istəyirsinizsə, hər hansı bir sualınız və ya köməyə ehtiyacınız olarsa, aşağıda qeyd olunan əlaqə vasitələri bizimlə əlaqə saxlaya bilərsiniz.
Email: info@qafqazkredit.az
Telefon: +994 12 434 5077
Mobil: +994 55 209/370 4670; +994 77 270 4670