Qısa tarixçə
- 12.06.2002: BOKT “Qafqaz-Kredit” MMC Danimarka Qaşqınlar Şurası beynəlxalq humanitar təşkilatı tərəfindən təsis olunmuşdur.
- 16.09.2002: 1066 saylı Dövlət Qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır.
- 10.10.2003: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhdud bank fəaliyyətinin aparılmasına icazə verən milli və xarici valyutada kreditlər verilməsi üçün müddətsiz lisenziya verilmişdir.
- 13.12.2003: Az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan mikro-maliyyə institutuna (bundan sonra – MMİ) ilk topdansatış kredit verilməklə maliyyə xidməti göstərilməsinə başlanılmışdır.
- 13.02.2004: Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərdən ibarət az təminatlı fiziki şəxslərə mikro kredit xidməti göstərilməsinə başlanılmışdır.
- 20.10.2004: Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərdən ibarət az təminatlı fiziki şəxslər üzrə mikro kredit portfeli işçi heyəti ilə birlikdə az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan MMİ-na təhvil verilmişdir.
- 08.12.2009: Fevral-oktyabr, 2004-cü il dövründə həyata keçirilən fiziki şəxslərə mikro kredit verilməsi xidməti bərpa edilmişdir.
- 11.10.2010: Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı tərəfindən müəyyən öhdəliklərin yerinə yetirilməsinə zəmanətin verilməsi şərtilə nizamnamə kapitalındakı yüz faizlik payı BOKT “Qafqaz-Kredit” MMC-nin milli işçi heyətinə bağışlanmışdır.
- 27.01.2014: Hüquqi ünvanın dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əvvəlki lisenziya təminatlı və təminatsız kreditlərin verilməsini, habelə qanunvericilikdə nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verən yeni lisenziya ilə əvəz olunmuşdur.