Müştəri Rəyləri
MÜŞTƏRİLƏRİMİZ HAQQIMIZDA NƏ SÖYLƏYİR
MÜŞTƏRİLƏRİMİZ NƏ DEYİR
Hüseynov Xalıqverdi Xudaverdi oğlu
Kənd təsərüfatı kredit məhsulu üzrə aktiv müştəri
Yenilənmə tarixi: 17.01.2024
Kəlbəcər rayonundan məcburi köçkün olduğumdan heyvandarlıq bizim üçün ənənəvi məşğuliyyət sahəsidir. Südlük mal-qara və kökəltmə cöngə sayını artırmaq məqsədilə kredit almaq üçün öncə banka müraciət etdim, amma bank mənim mikro ailə kəndli təsərrüfatıma cüzi kredit məbləği ayırdı. BOKT "Qafqaz-Kredit" MMC-dən ilk dəfə 07.05.2020 tarixdə 5000 AZN, sonradan 3 tranşla cəmi 30000 AZN, ən son 19.12.2023 tarixdə 7000 AZN məbləğində aldığım kreditlər ailəm üçün çox düşərli oldu. Belə ki, ilk kreditimi alanda 3 baş südlük inək və 2 baş cöngədən ibarət olan heyvandarlıq təsərrüfatım hal-hazırda 4 baş südlük inək, 2 baş buzov, 6 baş kökəltmə cöngədən, 2 baş ətlik düyədən ibarətdir. Digər tərəfdən, bu dövrdə təsərrüfatdan gələn gəlirlə iki qız övladımın kollec təhsili alması, böyük qız övladımın toy xərclərini rahatlıqla qarşılaya bilmişəm, Tofaş markalı avtomibil almışam.
Arzu və Təkliflər: Bir tranşla 20000 AZN məbləğdə kredit almaq və faiz dərəcəsinin bir qədər aşağı salınmasını istərdim.
Arzu və Təkliflər: Bir tranşla 20000 AZN məbləğdə kredit almaq və faiz dərəcəsinin bir qədər aşağı salınmasını istərdim.
Yevlax rayonu, Kolanı kəndi
Kəlbəcər rayonundan məcburi köçkün