Məzmuna keçin
Biz müştərilərə məhsul və xidmətlərin çatdırılmasında öz Missiyasımızı əks etdirmək səylərində aşağıdakı dəyərlərə və mikro-maliyyə sahəsində Müştəri Hüquqlqrının Mühafizəsi üzrə beynəlxalq Prinsiplərə əməl olunmasını önə çəkirik.
- Peşəkarlıq. İşçi heyətinin bütün səviyyələrində məqsəd və vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün daima axtarışlarda olmaq, təkmilləşmək, yeniliyə can atmaq, innovativ üsul və vasitələrdən istifadə etmək və yeni imkanlar axtarmaq.
- Şəffaflıq və hesabatlılıq. Bütün fəaliyyət sahələrində maksimum açıq və səffaf olmaq siyasətini əsas tutmaq və bütün maraqlı tərəflərə hesabat vermək. Müştərilərə bütün məlumatların, xüsusən də məhsulların qiymətləri, müddəti və digər şərtləri haqqında məlumatları onların başa düşəcəyi tərzdə aydın, yetərli miqdarda və vaxtında çatdırmaq.
- Müştərilərə məsuliyyətlə yanaşma. Təqdim edilən məhsul və xidmətlərin müştərilərə təsirini artırmaq məqsədilə onlarla münasibətləri ədalət və hörmət çərçivəsində qurmaq, müştərilər arasında ayrı-seçkiliyə yol verməmək, kredit satışı və borcun geri qaytarılması mərhələsində korrupsiya və kobud davranış hallarına yol verməmək.
- Məsuliyyətli qiymət qoyuluşu və sosial məsuliyyət. Məhsulların qiymət, müddət və şərtlərinin həm müştərilər üçün münasib qiymətə olmasına, həm də BOKT-nin davamlılığının təmin edilməsinə imkan verdiyinə əmin olmaq, müştərilərin rifah halının yaxşılaşmasına və gəlirlərinin artmasına xüsusi əhəmiyyət vemək, müştərilərin həddən artıq borclanması məsələsinə həssas yanaşmaq, ətraf mühitin qorunmasına diqqət yetirmək, müştərilər arasında gender bərabərliyinə nail olmaq.
- Müştəri məlumatının məxfiliyi. Müştəri məlumatının məxfiliyinə hörmət etmək və bu cür məlumatların müştəri ilə razılaşdırıdığı halda göstərilmiş məqsədə görə və yalnız qanunvericiliklə icazə verilmiş hallarda istifadə olunmasına yol vermək.
- Müvafiq məhsul hazırlanması. Məhsul və xidmətlərin, onun çatdırılma kanallarının müştəri xüsusiyyətləri və rəyləri nəzərə alınaraq müştərilərə zərər verməyəcək şəkildə hazırlamaq.
- Artıq borclanmaya yol verilməməsi. Kreditlərin verilməsinin bütün mərhələlərində müştərilərin ödəmə qabiliyyətinin olduğunu müəyyən etmək və yarana biləcək artıq borclanmanın qarşısını öncədən almağa səy göstərmək. Eyni zamanda, artıq borclanmanın qarşısının alınmasını dəstəkləyən daxili sistemləri tətbiq etmək, bazar səviyyəsində kredit riskinin idarə edilməsinin yaxşılaşdırılması üçün nəzarət baxımından səyləri artırmaq.
- Şikayətlərin effektiv həll edilməsi. Müştərilərin şikayət və problemlərinə diqqətlə yanaşmaq, onların həll edilməsi üçün çevik və cavabdeh bir mexanizm yaratmaq, bu mexanizm vasitəsi ilə həm fərdi qaydada problemləri həll etmək, həm də məhsul və xidmətlər baxımından təkmilləşdirməni təmin etmək.