Mikro-biznes krediti
Mikro biznes kredit məhsulundan yararlanmaq üçün tələblər
- Aktiv VÖEN və kifayət qədər gəlir
- Kredit tarixçəsində gecikmə yoxdur
- Zamin və ya əmlak girovu, qrup kreditləri üçün qrup zəmanəti
- Etibarlı şəxsiyyət vəsiqəsi
- Vergilər, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə son 6 ay üçün şəxsi vərəqədən çıxarış
- Dövlət büdcəsinə ödənişləri təsdiq edən digər sənədlər
- Sahibkar və ya cari bank hesabı
Mikro-biznes kredit məhsulları və şərtləri
Mikro-biznes fərdi kredit şərtləri
Kreditin təminatı: | Zaminlik, qızıl-zinət əşyaları, daşınar/daşınmaz əmlak girovu |
Komissiya haqqı: | Yoxdur |
Kredit məbləği: | 600-20000 AZN |
İllik faiz dərəcə: | 19,96-24,70% |
Faktiki illik faiz dərəcə (FİFD): | 25% |
Kredit müddəti: | 8-48 ay |
Mikro-biznes qrup krediti şərtləri
Kreditin təminatı: | Sosial təminat, qrup zaminliyi |
Komissiya haqqı: | Yoxdur |
Kredit məbləğ: | 600-2000 AZN |
İllik faiz dərəcə: | 19,96-24,47% |
Faktiki illik faiz dərəcə (FİFD): | 25% |
Kredit müddəti: | 8-24 ay |
Qrup ölçüsü: | 3-7 nəfər |
Qrup kreditlərinin əsas qayda və xarakterik xüsusiyyətləri
- Minimum üç maksimum yeddi nəfərdən ibarət olan həmrəylik qruplarının yaradılması.
- Kreditin geri qaytarılmasına və krediti kredit ərizə formasında qeyd edilən ilkin təyinatı üzrə sərf edilməsinə qrup zəmanətinin verilməsi.
- Kreditdən istifadə məqsədi hər bir qrup üzvü üçün fərqli ola bilər.
- Qrup üzrə eyni kredit məhsulu, eyni kredit müddəti və eyni faiz dərəcəsi tətbiq edilir.
- Kredit müqaviləsi bütün qrup üzvləri tərəfindən imzalanır.
- Kredit hər bir qrup üzvünə fərdi şəkildə verilir.
- Kredtin geri ödənişi həm fərdi, həm də qrup halında həyata keçirilə bilər.
- Hər bir qrup üzrə eyni ailədən olan qrup üzvlərinin hər birinin biznesi və\və ya ünvanı ayrı olmaqla, bir ailənin üzvləri qrupun maksimum 33.3%-ni təşkil edə bilər.
- Qrup üzvlərinin hər hansı bir yerinə yetirilməyən öhdəliyi olmamalıdır.
- Üzvlük digər bütün qrup üzvləri tərəfindən qəbul edilməlidir.
- Qrup üzvlərinin birgə zəmanət (birgə və müştərək məsuliyyət) əsasında borcu geri qaytarmaq istəyi olmalıdır.
- Bir üzv birdən artıq qrupa üzv ola bilməz.
- Hər bir qrup üzvü qrupa məlumatları düzgün olaraq çatdırmalı və qrupun bütün qaydalarına əməl etmək istəyi olmalıdır.