Bakı şəh., Yasamal ray., A.M.Şərifzadə küç. 88info@qafqazkredit.azTel: +994 12 434 5077 Mob: +994 55 209/370 4670

Ümumi istehlak krediti

Ümumi istehlak kreditin məqsədi

Maliyyələşdirilməsi qanunla qadağan olunmayan, ətraf mühitə zərər verməyən, ictimai asayişə zidd olmayan  istənilən gözlənilməz xərc və ehtiyacların qarşılanması.



Ümumi istehlak kredit məhsulundan fayadalanmaq üçün minimum 6 ay rəsmi iş stajı və ya fərdi sahibkarsınızsa aktiv VÖEN-nin və yetərli gəlirin olması, kredit tarixçənizdə gecikmənin olmaması, Zamin və ya əmlak girovu kimi təminat, qrup kreditləri üzrə qrup zaminliyi, etibarlı şəxsiyyət vəsiqəsi, gəliri təsdiq edən sənəd, cari bank hesabı tələb edilir.

Ümumi istehlak kredit məhsulları şərtləri

Ümumi istehlak fərdi kredit şərtləri

Kreditin təminatı:Zaminlik, qızıl-zinət əşyaları, daşınar əmlakın girovu
Komissiya haqqı:Yoxdur
Kredit məbləği:600-4000 AZN
İllik faiz dərəcə:26,75-28,61%
Faktiki illik faiz dərəcə (FİFD):29%
Kredit müddəti:8-36 ay

Ümumi istehlak qrup kredit şərtləri

Kreditin təminatı:Sosial təminat, qrup zaminliyi
Komissiya haqqı:Yoxdur
Kredit məbləği:600-2000 AZN
İllik faiz dərəcə:26,75-28,46%
Faktiki illik faiz dərəcə (FİFD):29%
Kredit müddəti:8-24 ay
Qrup ölçüsü:3-7 nəfər

Qrup kreditlərin əsas qayda və xarakterik xüsusiyyətləri

  • Minimum üç maksimum yeddi nəfərdən ibarət olan həmrəylik qruplarının yaradılması.
  • Kreditin geri qaytarılmasına və krediti kredit ərizə formasında qeyd edilən ilkin təyinatı üzrə sərf edilməsinə qrup zəmanətinin verilməsi.
  • Kreditdən istifadə məqsədi hər bir qrup üzvü üçün fərqli ola bilər.
  • Qrup üzrə eyni kredit məhsulu, eyni kredit müddəti və eyni faiz dərəcəsi tətbiq edilir.
  • Kredit müqaviləsi bütün qrup üzvləri tərəfindən imzalanır.
  • Kredit hər bir qrup üzvünə fərdi şəkildə verilir.
  • Kredtin geri ödənişi həm fərdi, həm də qrup halında həyata keçirilə bilər.
  • Hər bir qrup üzrə eyni ailədən olan qrup üzvlərinin hər birinin biznesi və\və ya ünvanı ayrı olmaqla, bir ailənin üzvləri qrupun maksimum 33.3%-ni təşkil edə bilər.
  • Qrup üzvlərinin hər hansı bir yerinə yetirilməyən öhdəliyi olmamalıdır.
  • Üzvlük digər bütün qrup üzvləri tərəfindən qəbul edilməlidir.
  • Qrup üzvlərinin birgə zəmanət (birgə və müştərək məsuliyyət) əsasında borcu geri qaytarmaq istəyi olmalıdır.
  • Bir üzv birdən artıq qrupa üzv ola bilməz.
  • Hər bir qrup üzvü qrupa məlumatları düzgün olaraq çatdırmalı və qrupun bütün qaydalarına əməl etmək istəyi olmalıdır.
azAZ