Ümumi məlumat
Missiya və Baxışı
BOKT “Qafqaz-Kredit” MMC-nin MİSSİYASI məcburi köçkün, qaçqın və az gəlirli şəxslərin iqtisadi dayanıqlıq qabiliyyətlərinin təkmilləşdirilməsinə təkan verən tələbata uyğun maliyyə və qeyri-maliyyə xidmətləri ilə təmin etməkdir.
BOKT “Qafqaz-Kredit” MMC-nin BAXIŞI Keyfiyyətli maliyyə və qeyri-maliyyə xidmətləti göstərilməsi yolu ilə az gəlirli şəxslər, məcburi köçkün, qaçqınlar və sahibkarların iqtisadi dayanıqlıq qabiliyyətlərini təkmilləşdirmək, az təminatlı əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə institutlarının imkanlarının inkişaf etdirilməsinə kömək etməkdir.
Qısa Tarixçə
- 12.06.2002: BOKT “Qafqaz-Kredit” MMC Danimarka Qaşqınlar Şurası beynəlxalq humanitar təşkilatı tərəfindən təsis olunmuşdur.
- 16.09.2002: 1066 saylı Dövlət Qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır.
- 10.10.2003: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhdud bank fəaliyyətinin aparılmasına icazə verən milli və xarici valyutada kreditlər verilməsi üçün müddətsiz lisenziya verilmişdir.
- 13.12.2003: Az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan mikro-maliyyə institutuna (bundan sonra – MMİ) ilk topdansatış kredit verilməklə maliyyə xidməti göstərilməsinə başlanılmışdır.
- 13.02.2004: Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərdən ibarət az təminatlı fiziki şəxslərə mikro kredit xidməti göstərilməsinə başlanılmışdır.
- 20.10.2004: Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərdən ibarət az təminatlı fiziki şəxslər üzrə mikro kredit portfeli işçi heyəti ilə birlikdə az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan MMİ-na təhvil verilmişdir.
- 08.12.2009: Fevral-oktyabr, 2004-cü il dövründə həyata keçirilən fiziki şəxslərə mikro kredit verilməsi xidməti bərpa edilmişdir.
- 11.10.2010: Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı tərəfindən müəyyən öhdəliklərin yerinə yetirilməsinə zəmanətin verilməsi şərtilə nizamnamə kapitalındakı yüz faizlik payı BOKT “Qafqaz-Kredit” MMC-nin milli işçi heyətinə bağışlanmışdır.
- 27.01.2014: Hüquqi ünvanın dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əvvəlki lisenziya təminatlı və təminatsız kreditlərin verilməsini, habelə qanunvericilikdə nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verən yeni lisenziya ilə əvəz olunmuşdur.
İlkin Təsisçi, Yeni Təsisçilər
BOKT “Qafqaz-Kredit” MMC-nin ilkin təsisçisi olan Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı 11.10.2010-cu il tarixində 4880 AZN məbləğində nizamnamə kapitalını milli iişçi heyəintə bağışlamışdır. Bundan əlavə, 1997-2002-ci illərdə Gəlir Yaradılması Proqramı çərçivəsində Danimarka Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana ayrılmış 243986,54 AZN məbləğində qrant vəsaiti 05.02.2011-ci il tarixində nizamnamə kapitalına pay şəklində milli milli işçi heyətinə bağışlanmışdır. Bununla da, Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı təsisçi hüququnu Əminova Xalisə Şahnəzər qızı (33,4 faiz pay), Qurbanov Arif Adil oğlu (33,3 faiz) və Rəsulova Züleyxa Nurməmməd qızından (33,3 faiz pay) ibarət milli işçi heyətinə ötürmüşdür. Bağışlama əsasında sosial əsasla təsisçi payına sahib olan hazırkı təsisçilər işçi/istehlakçı statusuna malikdirlər və onların BOKT ilə münasibətləri həm mülki, həm də əmək qanunvericiliyi ilə tənzimlənir.
Nizamnamə Kapitalı
BOKT “Qafqaz-Kredit” MMC-nin Nizamnamə kapitalı 592000 AZN təşkil edir ki, bu da nizamnamə kapitalına pay şəklində bağışlanan 248866,54 AZN vəsaitlə yanaşı 2012-2014-cü illərdə mənfəət hesabına 343133,46 AZN məbləğin nizamnamə kapitalının artırılmasına yönəldilməsi əsasında formalaşmışdır. Bu da, Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial qaydalarında nəzərdə tutulan BOKT-lərin minimal nizamnamə kapitalının 300 min AZN olması barədə tələbini tam yerinə yetirir.